25 Iyun 2024 22:04
584
İDMAN

AVRO-2024: Avstriya və Fransa 1/8 finala vəsiqə qazandı - YENİLƏNİB

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.

Adalet.az-ın məlumatına görə, Niderland millisi Avstriya ilə üz-üzə gəlib.

Qarşılaşma "narıncılar"ın məğlubiyyəti ilə bitib - 2:3.

Qrupun digər görüşündə Fransa Polşa ilə heç-heçə edib - 1:1.

Beləliklə, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib. Fransa millisi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-off şanslarını davam etdirir.

 

***21:44

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda beşinci qol vurulub.

Adalet.az-ın məlumatına görə, avstriyalı Marsel Sabitzer 80-ci dəqiqədə növbəti dəfə "narıncılar"ı məyus edib - 3:2.

Fransa - Polşa görüşündə isə ikinci qol vurulub - 1:1. Polşalı Robert Levandovski hesabı bərabərləşdirib.

 

***21:37

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda dördüncü qol vurulub.

Adalet.az-ın məlumatına görə, "narıncılar" növbəti dəfə hesabı bərabərləşdiriblər - 2:2.

Memfis Depay 75-ci dəqiqədə fərqlənib.

Fransa isə Polşa ilə görüşdə hesabda öndədir - 1:0.

 

21:24

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Fransa - Polşa oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, Kilian Mbappe 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Avstriya isə Niderlandla görüşdə yenidən hesanda önə keçib - 2:1. 59-cu dəqiqədə Roman Şmid "narıncılar"ı məyus edib.

 

***21:13

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda ikinci qol vurulun.

Adalet.az-ın məlumatına görə, "narıncılar" matçda tarazlığı bərpa ediblər - 1:1.

47-ci dəqiqədə Kodi Qapko fərqlənib.

Fransa - Polşa matçında isə hələlik hesab açılmayıb.

 

***21:04

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya və Fransa - Polşa oyunlarında ikinci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, Avstriya yığması hazırda hesabda öndədir - 1:0.

Niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

 

***20:49

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya və Fransa - Polşa oyunlarında ilk hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, Avstriya yığması fasiləyə öndə yollanıb. Niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

 

***20:08

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

 

***20:00

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

Adalet.az-ın məlumatına görə, D qrupunda Niderland - Avstriya və Fransa - Polşa matçları Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşmaları müvafiq olaraq slovakiyalı İvan Krujlyak və italiyalı Marko Quida idarə edirlər.

Qeyd edək ki, hazırda Niderland və Fransa yığmalarının dörd, Avstriyanın isə 3 xalı var. Polşanın xalı yoxdur. AVRO-2024 iyulun 14-də başa çatacaq.