19 Noyabr 2023 23:01
1563
İDMAN

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİB

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Adalet.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-şeytanlar”ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.

Bu nəticələrdən sonra xallarının sayını 20-yə çatdıran Belçika seçmə mərhələni qrup lideri kimi başa vurub. Avstriya 19 xalla ikinci, İsveç 10 xalla üçüncü, millimiz 7 xalla dördüncü, Estoniya bir xalla sonuncu yeri tutub.

 

22:11

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, meydan sahibləri 4:0 hesabla öndədirlər.

21:54

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.

Adalet.az xəbər verir ki, meydan sahibləri fasiləyə 4:0 hesablı üstünlüklə yollanıblar.

21:45

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda daha bir qol vurulub.

Adalet.az-ın məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 37-ci dəqiqədə fərqlənməklə özünün və komandasının dördüncü qoluna imza atıb.

Beləliklə, təcrübəli hücumçu poker edib.

21:37

Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda daha iki qol vurulub.

Adalet.az-ın məlumatına görə, meydan sahiblərinin heyətində Romelu Lukaku 26 və 30-cu dəqiqədə fərqlənməklə het-trikini rəsmiləşdirib.

Hazırda “qırmızı-şeytanlar” 3:0 hesabı ilə öndədirlər.

21:31

Azərbaycan millisi Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyununda azlıqda qalıb.

Adalet.az-ın məlumatına görə, yığmamızın heyətində Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.


21:27

Belçika və Azərbaycan milliləri arasındavkeçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ilk qol vurulub.

Adalet.az-ın məlumatına görə, meydan sahibləri 17-ci dəqiqədə hesabı açıblar.

Belçika yığmasının heyətində Romelu Lukaku fərqlənib.

21:00

Brüsseldə Belçika və Azərbaycan milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin oyunu start götürüb.

Adalet.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Qeyd dək ki, matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edir.

20:11

AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Belçika və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

Adalet.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k)

Baş məşqçi: Domeniko Tedesko

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 14. Eddi İsrafilov, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 9. Renat Dadaşov

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Brüsseldə gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hazırda Belçika yığması 17 xalla F qrupunda ikinci pillədə qərarlaşıb. Azərbaycan yığması isə hesabında 7 xalla dördüncüdür.