26 Iyun 2024 09:27
420
İDMAN

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Almaniyada təşkil olunan Avropa çempionatında qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq.

Adalet.az xəbər verir ki, III turun son görüşləri E və F qruplarında keçiriləcək.

E qrupunda Slovakiya və Rumniya komandaları Frankfurt şəhərində üz-üzə gələcəklər. Hazırda hər iki komanda 3 xala malikdir. Rumıniya qrup lideridirsə, Slovakiya üçüncü pillədədir. Qrupun digər matçında Belçika və Ukrayna komandaları qarşılaşacaqlar. Bu görüş Ştutqart şəhərində baş tutacaq.

Hər iki oyuna Bakı vaxtilə saat 20:00-da start veriləcək.

26 iyun

AVRO-2024

E qrupu, III tur

20:00. Slovakiya - Rumıniya

Baş hakim: Daniel Siebert (Almaniya).

“Frankfurt Arena”.

20:00. Ukrayna - Belçika

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

1Rumıniya21013-23
2Belçika21012-13
3Slovakiya21012-23
4Ukrayna21012-43

F qrupunda Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Bu görüş Hamburq şəhərində keçiriləcək. İkinci pillədə qərarlaşan Türkiyə millisi 3, Çexiya isə 1 xala malikdir. Qrupun digər görüşündə Portuqaliya Gürcüstan millisini sınağa çəkəcək. Qarşılşama Helzenkirhen şəhərində reallaşacaq. Lider Portuqaliya millisinin 6, Gürcüstanın isə 1 xalı var.

F qrupunda hər iki oyun 23:00-da start götürəcək.

F qrupu, III tur

23:00. Çexiya - Türkiyə

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Hamburq, “Folksparkştadion".

23:00. Gürcüstan - Portuqaliya

Baş hakim: Sandro Şörer (İsveçrə).

Helzenkirhen, "Feltins Arena".

1Portuqaliya22005-16
2Türkiyə21013-43
3Çexiya20112-31
4Gürcüstan20112-41

Qeyd edək ki, Avropa çempioantına iyulun 14-də yekun vurulacaq.