adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Dekabr 2022 20:15
275
DÜNYA

Avropa İttifaqı Ermənistana göndərdiyi müşahidəçi missiyanın işini yenidən müzakirəyə çıxarıb

Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədində vəziyyətin monitorinqini həyata keçirən komissiyasının işini müsbət qiymətləndirib.

Bu barədə jurnalistlərə Brüsseldə Avropa İttifaqında təmsil olunan mənbədən məlumat verilib.

“Biz müşahidəçilərin iştirakının müsbət təsirini qeyd edirik. Onların mandatı dekabrın 19-da başa çatır. Biz hazırda gələcək imkanları müzakirə edirik”, - deyə Aİ-dən bildirilib.

Xatırladaq ki, oktyabrın 17-də Avropa İttifaqının xarici işlər nazirlərinin Lüksemburqda keçirdiyi görüşdə Ermənistana Azərbaycanla sərhəddəki vəziyyəti müşahidə etmək üçün 40 müşahidəçinin göndərilməsi təsdiqlənib.

Onlar regiona gələrək oktyabrın 20-də işə başlayıblar. Missiya iki ay müddətinə nəzərdə tutulmuşdu.