Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb
Qazaxıstanın Manqistau vilayətində fırtınadan sonra onlarla suiti cəsədi Xəzər dənizinin sahilinə çıxıb.
Məlumata görə, bir aydan az müddət ərzində dəniz 182 cəsədi sahilə atıb, onlardan 80-ə yaxını son üç gündədir.
Xəzər dənizi sahilində monitorinq aparılarkən Tüpkaraqan rayonunda da 12 suiti cəsədi aşkar edilib.
“Aşkar edilmiş ölü suiti cəsədləri yüksək dərəcədə çürümüş vəziyyətdə olub, bu da onların ölümünün qışda baş verdiyini və bütün bu müddət ərzində leşlərin suda olduğunu göstərir. Aprelin 23-də başlayan və hələ də davam edən qərb küləyi nəticəsində onlar sahilə çıxarılıb”, - deyə məlumatda bildirilib.
Digər Xəbərlər
06 May 2024 17:51
Qəzzada ölənlərin sayı açıqlandı
06 May 2024 17:47"İsrail hökuməti getdikcə qatilləşir" - Ərdoğan
06 May 2024 17:29Makronun dili başına bəla olacaq
06 May 2024 17:18"Gec-tez razılığa gələ biləcəyik" - Mirzoyan
06 May 2024 17:12