Avropa İttifaqında "TikTok" bloklana bilər
Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen Aİ-də “TikTok” sosial şəbəkəsinin bloklanmasını istisna etmir.
Adalet.az “Politico” nəşrinə istinadla xəbər verir ki, bunu xanım Lyayen Niderlandın Maastrixt şəhərində keçirilən tədbirdə deyib. O, həmçinin Avropa Komissiyasının TikTok-u korporativ telefonlarda qadağan edən ilk təşkilat olduğunu xatırladıb.
Qeyd edək ki, Avropa İttifaqı ötən il avqustun 25-dən etibarən 19 onlayn platformanın fəaliyyətinə nəzarəti gücləndirmək qərarına gəlib. Hazırda onlara X, “TikTok”, "Instagram", "YouTube", "Google" və “Amazon Store” kimi sosial şəbəkələr daxildir. Avropa Komissiyası yeni qanunun uşaqların müdafiəsi, həmçinin dezinformasiya ilə mübarizə məqsədi daşıdığını vurğulayıb.
AK-nin məlumatına görə, həmin platformaların Avropa qaydalarına uyğunluğu diqqətlə yoxlanılacaq və pozuntular aşkar ediləcəyi təqdirdə onlara qarşı sanksiyalar tətbiq olunacaq.
Digər Xəbərlər
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27
Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31


Bakı -°C

