Avropa Komissiyası: Ukrayna xalqı tələb etməyənə qədər ölkədə seçkilərə ehtiyac yoxdur

Ukrayna xalqı tələb etməyənə qədər ölkədə prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Zelenski demokratik yolla seçilib və əgər Ukrayna xalqı seçki tələb etmirsə, "başqa heç kim onun keçirilməsini tələb etməməlidir".
Ukrayna ilə ABŞ arasında resurslar haqqında sazişə toxunan nümayəndənin sözlərinə görə, Avropa Komissiyası Kiyevə bildirib ki, bu saziş Ukraynanın üzvlük prosesi çərçivəsində Avropa İttifaqı (Aİ) qarşısında öhdəliklərini yerinə yetirməsi baxımından təhlil edilməlidir.
P.Pinyo qeyd edib ki, Avropa Komissiyası ABŞ ilə sazişin bağlanmasının nəticələri ilə bağlı Kiyevlə məsləhətləşmələr aparmağa açıqdır.
Digər Xəbərlər

Xameneidən Trampın İranı bombalamaq sözlərinə CAVAB

Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - Tramp

NATO genişmiqyaslı aviasiya təlimlərinə başlayır

ABŞ lideri: Ukrayna heç vaxt NATO üzvü olmayacaq, Zelenski bunu anlayır

İran ABŞ ilə müharibəyə hazırlaşır

Şolts ABŞ liderinə xəbərdarlıq edib: Aİ vahid cəbhə ilə cavab verməyə hazırdır

İsrailli nazir: Qəzzalıların ən azı 40%-i anklavı tərk etmək istəyir
