Avropa Qızlar İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər
![](https://adalet.az/uploads/img/posts/2024/07/29/2jpg-1722261271.jpg)
21-27 iyul tarixlərində Niderlandın Veldhoven şəhərində 4-cü Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2024) təşkil edilib.
Adalet.az "Azərbaycan müəllimi" qəzetinə istinadən bildirir ki, 56 ölkədən 194 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin IX sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin XI sinif şagirdi Nigar Hacıyeva bürünc medala, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafata layiq görülüb.
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal əldə ediblər.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/30/24jpg-1722351643.jpg)
Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək
![](https://adalet.az/uploads/img/posts/2024/07/30/21jpg-1722344339.jpg)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək
![](https://adalet.az/uploads/img/posts/2024/07/29/5jpg-1722262793.jpg)
ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbul aldı
![](https://adalet.az/uploads/img/posts/2024/07/29/6jpg-1722256269.jpg)