29 Iyul 2024 11:53
268
ELM VƏ TƏHSİL

İstedadlı gənclər fəxrimizdir

Qəbul imtahanlarında yüksək bal toplamış gənclərlə hamı fəxr edir.

Xüsusilə də 690- 700 bal toplayan məzunlar  bu Vətənin ən istedadlı  övladlarıdır! Onlarla tək doğmaları deyil, bütün Azərbaycan qürur duyur. Belə istedadlı gənclərdən biri  də bizim həmyerlimiz - Füzuli rayonunun Böyük Bəhmənli kənd 1 saylı Ehtiram Piriyev adına tam orta məktəbin məzunu Orxan Taleh oğlu Abbasovdur! Bu istedadlı gənc qəbul imtahanında  4-cü qrup üzrə 690 bal toplayıb.

Onun imtahanda belə yüksək nəticə əldə etməsində  təhsil aldığî məktəbin müəllimlərinin zəhməti böyükdür! Eyni zamanda doğmalarının da  əziyyəti az olmayıb. Amma ən böyük əziyyəti Orxan özü çəkib,  nəticəsini də  görüb.İndi onunla bütün Bəhmənli kəndi fəxr edir!

Biz də  Orxan Abbasovu qəbul imtanında  yüksək bal topladığına görə təbrik edir, onun valideynlərinə göz aydınlığı verir, tələbəlik illərində uğurlar arzulayırıq! Və deyirik: Orxan sükanı bax belə saxla!!!

Emil Faiqoğlu