Avropa Saakaşvilidən imtina etdi

Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin iki şikayətini tamamilə rədd edib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezident ölkənin hazırkı hakimiyyətini siyasi motivlərlə təqib etməkdə ittiham edir və şikayətlər də bununla bağlı olub. Dərc edilmiş qərarda göstərilir ki, Saakaşvili 2018-ci il yanvarın 5-də və iyunun 28-də ona qarşı çıxarılan hökmlərin “təsdiqlənməmiş şayiələrə və digər etibarsız sübutlara əsaslandığını” iddia edib.
Eyni zamanda o, hesab edir ki, onun işinə baxan hakim müstəqillik və qərəzsizlik meyarlarına cavab verməyib.
Digər Xəbərlər

Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı - YENİLƏNİB

Təkcə Şahin Şıxlinskini saxlamağa bu qədər adam gəlibmiş - VİDEO

Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
