Avtomobilini saxlayıb marketə getdi, qayıdanda maşını tapmadı - Bakıda oğurluq
Paytaxtın Nəsimi rayonunda bir nəfərə məxsus avtomobil qaçırılıb. Zərərçəkən polisə müraciətində marketə daxil olmaq üçün avtomobilini saxladığını, qayıtdıqda isə nəqliyyat vasitəsinin orada olmadığını bildirib.
Adalet.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb, avtomobil sahibinə geri qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.


Bakı -°C

