Avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı prosedur sadələşdirildi

Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"yə dəyişiklik edib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin talonun təqdim edilməsinə bərabər tutulacaq.
Digər Xəbərlər

Bu yollarda sıxlıq var - SİYAHI

Bu yollarda tıxac var - Sürücülərin nəzərinə!

Bu yollarda sıxlıq var - SİYAHI

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI

Yeni həftəyə tıxacla başlayan yollar - SİYAHI

Elektromobil sahiblərini gözləyən fantastik batareya xərcləri - VİDEO

Paytaxtın iki ünvanında təmir işləri aparılacaq - Sürücülərin nəzərinə!
