Ayaz Arabaçı: Atam..
Bütün çilçıraqların fövqündə sən durursan..
Qəlbmizdə dövr edib, nəbzimizdə vurursan.
Hər gün ürəyimizdə hakimiyyət qurursan..
Atam.
Keçib gəldin vüqarla, min obadan, min eldən,
Barıt qoxusu gəlir əynindəki şineldən.
Milyon kərə üstündü bu cod qoxu ,"Şanel" dən,
Atam.
Böyük türk torpağında çevirdin yaza, qışı,
Halallıqla qazandın, məhəbbəti, alqışı,
Öpürəm alnındakı çatılan hər qırışı.
Atam.
Dünyanı bir həmlədə gətirdin ayağına,
Məlhəm buldun təbibtək könlümüzün dağına,
İki dünya bir olsa toz qonmaz bayrağına,
Atam..
Buludlara baş vurur, uca zirvədə kürsün,
Adın, qoy dövranını həmişə belə sürsün,
Neynirsən, ünvanına ,kim harda hürür, hürsün..
Atam..
Neçə ki, nizamdadı bu həyat, qalacaqsan,
Sənə olan bu eşqə, daim mat qalacaqsan,
Tarixdə son günəcən salamat qalacaqsan,
Atam..
Digər Xəbərlər
12 Mart 2026 13:50
Leyla Əliyeva yeni şeirini təqdim edib - FOTO
12 Mart 2026 10:04
““Ulduz”lu görüşlər” bu dəfə “Mütaliə mədəniyyəti”nə həsr olunub
12 Mart 2026 09:00
RƏMİŞSEVƏRLƏRƏ RƏMİŞSAYAĞI HƏDİYYƏ
11 Mart 2026 14:08


Bakı -°C

