Ayfon-9 gəlir: qiyməti açıqlandı

ABŞ-ın "Əpl” (Apple) şirkətinin yeni Ayfon (İPhone) cihazlarının qiyməti 799 avrodan başlayacaq.
Bu barədə "Macerkorf” yazıb.
"Ayfonun kiçik modeli (Ayfon-9) 799 avro, Ayfon-XS 909 avro, Ayfon-XS Max 1149 avro olacaq. Bu qiymətə olan modellər 64 GB yaddaşa malik olacaq”, - nəşr bildirib.
Məlumata görə, 256 GB smartfon üçün isə əlavə 170 avro qiymət qoyulub.
Təqdimat mərasimi zamanı "Əpl” şirkətinin yeni 512 GB-lik modelini də nümayiş etdirəcəyi gözlənilir. Onun qiyməti isə hələlik bəlli deyil.
Qeyd edək ki, Ayfon-XS, Ayfon-XS Max və Ayfon-9 mobil cihazlarının təqdimatı sentyabrın 12-də baş tutacaq.(axar.az)
Digər Xəbərlər

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq - XƏBƏRDARLIQ

55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - VİDEO

Azərbaycanın Su-25 təyyarəsi Türkiyənin qanadlı raketini sınaqdan keçirdi

DİN-dən xəbərdarlıq: Dələduzlar orijinal oxşar dizaynla tələ saytları yaradırlar

Azərbaycanda 5G şəbəkəsi ilə bağlı qanun layihəsi hazırlanacaq

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir
