Aylıq yağıntı üzrə rekord göstərici qeydə alınıb
Martın 28-i saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv xarakterli yağış davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm olub və bu, aylıq normanın 156 %-ni təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 mm qeydə alınıb. Bu da aylıq normanın 508 %-nə bərabərdir.
Aylıq göstəricilərə gəldikdə isə 1988-ci ilin mart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 mm yağıntı düşmüş və bu, aylıq normanın 352 %-ni təşkil etmişdir. 2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntının miqdarı 128 mm olub ki, bu da aylıq normanın 542 %-ni təşkil edir.
Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb.
Digər Xəbərlər
28 Mart 2026 13:20
DİN: Yağışlı hava ilə əlaqədar 763 çağırışa reaksiya verilib
28 Mart 2026 13:17
1919-cu ildə qurulan təhlükəsizliyimiz - DTX-dən paylaşım
28 Mart 2026 13:11
Polis yağışlı havada fasiləsiz xidməti davam etdirir - VİDEO
28 Mart 2026 10:00
FHN əməkdaşları vətəndaşları kürəyində təxliyə etdi - VİDEO
28 Mart 2026 09:09
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ili tamam olur
27 Mart 2026 22:52
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib
27 Mart 2026 18:10
Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? – SİYAHI
27 Mart 2026 15:32


Bakı -°C

