Polis yağışlı havada fasiləsiz xidməti davam etdirir - VİDEO
Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Bu barədə Adalet.az-a DİN-dən məlumat verilib.
Qeyd olunub ki, vətəndaşların təhlükəsizliyinin və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar:
"Nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post Patrul Xidməti və digər aidiyyəti əməkdaşlar tərəfindən tənzimlənir, sürücülər və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur.
Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində DİN əməkdaşlarının koordinasiyalı fəaliyyəti davam etdirilir", məlumatda bildirilib.
Digər Xəbərlər
17 Noyabr 2026 15:52
Kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş qrafiki belə olacaq
17 Noyabr 2026 15:29
Azərbaycanda yeni sosial islahat mərhələsi başlayır – Nazir
17 Noyabr 2026 15:26
Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
17 Noyabr 2026 11:21


Bakı -°C

