Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
Müğənni Aynur Dadaşova səhhəti ilə bağlı mütəmadi tibbi müayinələrdən keçdiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, hər üç aydan bir həkim müayinəsində olduğunu və müəyyən səbəblərdən daim nəzarətdə saxlanıldığını bildirib.
Aynur Dadaşova vaxtında müayinə olunmağın vacibliyini vurğulayıb. Sənətçi bir müddət əvvəl əməliyyat olunmaq ehtimalının yarandığını, lakin həkimlərin təyin etdiyi müalicə nəticəsində buna ehtiyac qalmadığını deyib.
"Üç aydan bir həkimlərdən, müayinələrdən keçirəm. Müəyyən səbəblər var, həkim nəzarətindəyəm. Vaxtında hər şeyi bilmək çox gözəldir. Gecikəndən sonra peşmanlıq olur", - deyə müğənni qeyd edib.
Aynur Dadaşova insanlara səhhətlərinə diqqət yetirməyi və mütəmadi olaraq həkim müayinəsindən keçməyi tövsiyə edib.
Digər Xəbərlər
09 Noyabr 2026 20:00
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
09 Noyabr 2026 18:10
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
09 Noyabr 2026 11:31
“İki il boyunca o anı gözlədik” - “Şahzadə Mustafa”dan etiraf
08 Noyabr 2026 14:13
Ərinə görə övladının toyunu təxirə saldı
07 Noyabr 2026 21:10
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan
06 Noyabr 2026 13:39
"Həkim sevgini qadağan edib" - Cem Yılmaz
05 Noyabr 2026 21:56
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - VİDEO
05 Noyabr 2026 13:29


Bakı -°C

