"Ayrı-ayrı qurumlarda eyni vəzifəni daşıyan şəxslərin əməkhaqqında ciddi fərq var" - Palata sədri
"Vətəndaşların şikayətlərinin əksər hissəsi işlədikləri müəssisələrin rəhbləri ilə bağlıdır. Əksəriyyəti şəxsi problemlərini nəzarət tədbirinə çevirmək kimi xahişlərdən ibarətdir. Bunların daha çoxu rayon miqyaslı olduğundan onu iş planına salmamışıq".
Adalet.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.
O, deputat Vüqar Bayramovun sualına cavab olaraq bildirib: "Vüqar müəllimin qaldırdığı bir neçə məsələ var. Bəzi ölkələrdə hesabat verməklə bağlı məsələləri qeyd etdi. Bu, bəzi ölkələrdədir. Biz onların bəzilərini özümüz üçün məqsədəuyğun hesab etməmişik. Ölkəmiz üçün uyğun olanı hesab etmişik".
Palata sədri qeyd edib ki, hazırda hökumətin ayrı-ayrı qurumlarında eyni vəzifəni daşıyan şəxslərin əməkhaqqında ciddi disproporsiya var:
"Biz bunu rəydə qeyd etimişik. İcrada və fəaliyyət hesabatında da deyəcəyik. Bizim iş deməkdir, yazmaqdır, göstərməkdir, onu da edirik".
Digər Xəbərlər
08 Aprel 2026 18:23
Azərbaycandan Serbiyaya ixrac olunan qazın həcmi açıdlandı
08 Aprel 2026 17:18
"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir
08 Aprel 2026 09:49
Azərbaycan nefti neçəyə satılır?
07 Aprel 2026 12:05
Azərbaycan dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib
07 Aprel 2026 10:48
Türk dövlətlərinin xarici ticarətinin həcmi açıqlandı
07 Aprel 2026 10:29
“Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır”
06 Aprel 2026 19:42
Azərbaycanda vahid büdcə təsnifatı YENİLƏNDİ
06 Aprel 2026 19:06


Bakı -°C

