adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2024 12:31
1639
ŞOU-BİZNES

Aysun İsmayılova: “Mənimlə tək qalanda şıltaqlıq edir”

Xəbər veridyimiz kimi müğənni Aysun İsmayılova ikinci dəfə ailə qurub.

Adalet.az bildirir ki, müğənni yeni evliliyindən söz açıb: “Biz əslində ruh ekiziymişik, sadəcə xəbərimiz olmayıb (gülür). Siz onu ağır təbiətli insan kimi tanıyırsınız. Ancaq mənimlə tək qalanda şıltaqlıq edir. O qədər işinə bağlı insandır ki, üzünü görə bilmirəm. Səhər saat 9-da gedib, axşam saat 9-da gəlir. Bəlkə də ona görə rahat yola gedirik. Təbii ki, qadağaları da ar. Geyimlərimə diqqət edirəm son zamanlar. Rəqs etməyi sevirəm, amma ona icazə vermir. Təzə- təzə ailəli olanda qızlarla görüşməyə icazə vermirdi. Amma indi icazə verir.Mən “imam nikahı” ilə dekabrın 25-i ailə qurmuşam. Ancaq qanuni nikahı ayı 24.01.2024 tarixdə etdik.  Bu vaxta qədər  sosial şəbəkədə heç nə paylaşmadım. Dedim 14 fevralda paylaşaram. Evlənəndən sonra çox səbrli olmuşam. Xasiyyətim dəyişib.”

Əntiqə