Ayvazyan üçtərəfli bəyanatla bağlı sualı belə cavablandırdı
Ermənistan Qarabağa dair 10 noyabr 2020-ci il tarixli bəyanatın bütün müddəalarını yerinə yetirmə prinsipinə ciddi əməl edir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan “RİA Novosti”yə müsahibəsində bildirib.
O deyib ki, bəyanatın şərtlərinin icrası ilə bağlı məsələlərin müzakirəsi üçün milli səviyyədə idarələrarası komissiyalar yaradılıb:
“Müəyyən mərhələlərdə yaranan suallar işçi qaydada müzakirə olunur. Üçtərəfli bəyanatın həyata keçirilməsində bu yanaşmaya sadiq qalmağa davam edirik".