Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (11.05.2026 – 17.05.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Adalet.az-a verilən məlumata görə, işğaldan azad edilmiş əraziləerdə 32 piyada əleyhinə mina, 25 tank əleyhinə mina, 378 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1266,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Bakı -°C

