Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib
Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 6 nəfər isə 44 günlük Vətən Müharibəsində itkin düşmüş sayılır.
Bu barədə Adalet.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilir.
Birinci müharibədə itkin düşənlərdən 3218 nəfər hərbçi, 781 nəfər mülki şəxs olub. Mülki şəxslərdən 71 nəfəri uşaq, 287-i qadın, 319 qoca olub. İtkin düşənlərin 3711-I kişi, 288 nfəri qadındır.
İkinci Qarabağ Müharibəsində itkin düşmüş 6 nəfərin isə hamısı hərbçi olub.
Komissiyadan bildirilib ki, indiyədək 32 kütləvi məzarlıq aşkar edilib və ümumilikdə 877 nəfərə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Onlardan 309 nəfəri identifikasiya edilib, 220 nəfərin qalıqları ailələrinə təhvil verilib və dəfn olunub.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində 46 nəfərin qalıqları eskumasiya edilib, onlardan 11 nəfəri bu ay ərzində aşkar olunub.
Digər Xəbərlər
08 May 2026 11:44
Gədəbəyə dolu düşdü - FAKTİKİ HAVA
08 May 2026 11:23
Ağsu dolaylarında təhlükə: Torpaq sürüşdü, yol dağıldı
08 May 2026 11:17
"Fahişəliklə məşğul olmaq qadağan olunmur, fahişəliyə cəlbetmə qadağan olunur" - Ekspert
08 May 2026 08:55


Bakı -°C

