Bu şəxslərə kirayəyə görə hər ay 100 manat veriləcək
Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək.
Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, bu vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödənilir.
Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları ilə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün isə 50 manat məbləğində əlavə vəsait ödənilir.
Digər Xəbərlər
21 May 2026 21:19
Kəlbəcərdə qış turizm kompleksi yaradılacaq
21 May 2026 15:40
Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağdı - VİDEO
21 May 2026 15:18
Alena Əliyeva “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsində - FOTOLAR
21 May 2026 12:55
Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub - FOTOLAR
21 May 2026 12:31
Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək
21 May 2026 11:49
Xırdalanın mərkəzi yolundakı vəziyyətlə bağlı - Rəsmi açıqlama
21 May 2026 10:03
5 ildə 3 rayona köçənlərin SAYI
20 May 2026 16:10


Bakı -°C

