Sahibə Qafarova qırğızıstanlı həmkarı ilə görüşdü - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşüb.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
S. Qafarova Marlen Mamataliyevi bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında çoxəsrlik tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrinin müasir dövrdə də qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və dostluq ruhunda uğurlu inkişafından məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan və Qırğızıstan dövlət başçılarının qarşılıqlı səfərlərinin, yüksək səviyyədə görüşlərin dinamikasının və səmərəliliyinin ikitərəfli münasibətlərin möhkəmlənməsində və dərinləşməsində mühüm rolunu qeyd ediblər.
Söhbət zamanı Azərbaycan və Qırğız Respublikası arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də davam etdirildiyi vurğulanaraq qeyd olunub ki, ölkələr arasında münasibətlərin inkişafında qanunverici orqanların da özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edirlər.
Görüşdə parlament sədrləri və deputatlar səviyyəsində qarşılıqlı səfərlərin və təmasların qanunverici orqanlar arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
21 May 2026 21:18
III Çarlz Prezidentə məktub göndərdi
21 May 2026 21:11
COP29 kimi WUF13 də uğurla təşkil edilib - Prezident
21 May 2026 21:08
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul etdi - FOTO
21 May 2026 21:01
Əli Əsədov Türkmənistana getdi
21 May 2026 16:44
Şahbaz Şərif Azərbaycan Prezidentinə məktub göndərdi
21 May 2026 16:03
Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
21 May 2026 15:54
Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi
21 May 2026 15:20


Bakı -°C

