Kəlbəcərdə qış turizm kompleksi yaradılacaq
Kəlbəcər həm də perspektivli qış turizmi məkanı kimi nəzərdən keçirilir. Bu məqsədlə, Kəlbəcər rayonunun Şahlar kəndində, 330 hektar sahədə müasir dağ turizmi kompleksinin yaradılması planlaşdırılır.
Adalet.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” adlı tədbirdə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Emil Şolan bildirib.
"Məsələn, bu regiondakı flaqman layihələrdən biri Kəlbəcərin “İstisu” müalicə və istirahət kompleksidir. Bu məkan regionun sağlamlıq və tibbi turizm mərkəzi kimi layihələndirilib. Kompleks müalicəvi və istirahət məqsədlərinə xidmət edən müasir SPA obyektləri üçün nəzərdə tutulmuş sahələr də daxil olmaqla, ümumilikdə, 34 hektar ərazini əhatə edir", - deyə o əlavə edib.
Digər Xəbərlər
17 Iyun 2026 17:20
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib - Fotolar
17 Iyun 2026 17:07
Samir Nuriyev “Dəmirli” Filiz Emalı Kompleksində - FOTOLAR
17 Iyun 2026 15:04
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTOLAR
17 Iyun 2026 11:32


Bakı -°C

