Azad olunmuş ərazilərdə biomüxtəliflik komponentləri tarixi areallarına qaytarılır

Nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində layihələr davam etdirilir.
Adalet.az xəbər verir ki, işğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də bu layihələr həyata keçirilir və davamlı şəkildə icrası planlaşdırılır.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin-ceyran, bezoar keçisi,Şərqi Qafqaz turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin cari il ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.
"Ötən dövr ərzində balıq növləri və ceyranın populyasiyasının bərpası üçün işlər görülüb. Son iki ildə işğaldan azad edilmiş ərazilərdəki Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə qızılxallı forel balığının buraxılışı təşkil olunub, Cəbrayıl rayonunun ərazisində 33 baş ceyran tarixi areallarına qaytarılıb. Bu qəbildən olan bərpa layihələri növbəti dövrlərdə də həyata keçiriləcək".
Xidmət rəsmisinin sözlərinə görə, Şərqi Qafqaz turu fərdlərinin Qarabağ və Şərqi Zəngəzur ərazisində əvvəllər məskunlaşdıqları areallarına qaytarılması üçün hazırlıq işlərinə başlanılıb.
Xidmət rəsmisi İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində, xüsusilə ceyran, zubr kimi növlərin tarixi məskunlaşma yerlərinə qaytarılması prosesinin də uğurla davam etdiyini xatırladıb.
Digər Xəbərlər

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub

Arzu və Leyla Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkdilər - FOTOLAR

Çaylarda sululuq artıb

Sabah 30° isti olacaq

Bakı şəhər prokurorluğunun yeni korpusunun açılışı oldu - FOTOLAR

Şuşa şəhəri: Gündüzdən gecəyə... - VİDEO

Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət etdi - VİDEO
