28 Yanvar 2025 13:35
275
İQTİSADİYYAT

Azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlandı

2024-cü ildə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4855,8 milyon manat vəsaitin 99,4 faizi və ya 4828,5 milyon manatı sifarişçi təşkilatlar tərəfindən istifadə olunub.

Bu barədə Adalet.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və ya 2771,1 milyon manatı istifadə olunub.