Bu şəxslərə birdəfəlik ödəniş ediləcək - Nazirlik AÇIQLADI

Son dövrlərdə hərbçilərin maaş artımı ilə bağlı müsbət qərarlar qəbul edilib. Prezident İlham Əliyevin imzaladığı son fərmanlarla hərbçilərin əməkhaqları artırılıb.
Bununla yanaşı, hərbçilərə 13-14-cü maaşların ödənişi mövzusu da gündəmdədir. Bu təşəbbüs, həm dövlətin hərbçilərə göstərdiyi xüsusi diqqəti, həm də onların sosial rifahının daha da yaxşılaşdırılmasını hədəfləyir.
Maraqlıdır, 13-14-cü maaşların ödənişi nə vaxt həyata keçiriləcək?
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev Ajans.az-a bildirib ki, hərbçilərə verilən 13-14 maaşla bağlı maliyyələşmə həyata keçirilir:
"Bəli, hərbi qurumların 2025-ci il üçün saxlanılması xərclərində bu məqsədlə müvafiq məbləğdə vəsaitlər nəzərdə tutulub. Belə ki, 2024-cü ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin yerinə yetirilməsinə və nöqsansız intizama görə hərbi qulluqçulara vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafat verilir".
Artıq, hərbi qurumlar tərəfindən təqdim edilmiş müvafiq sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə sözügedən vəsaitin maliyyələşdirilməsi həyata keçirilir",- deyə Mayis Piriyev qeyd etdi.
Digər Xəbərlər

"Ola bilər kabinetlərdə oturaraq bəzi şeyləri görmürük" - Əli Əsədov

"Deputatlar tərəfindən söylənilən fikirlərin bəziləri ilə razı deyilik" - Baş nazir

Ötən il hasil edilən neft və qazın həcmi açıqlandı

İndiyə qədər azad olunmuş ərazilərə ayrılan vəsait açıqlanıb

"Qəzalı binalarla bağlı problemlərin həlli üçün vəsait nəzərdə tutulub"

"İllik inflyasiya hədəf diapazonu daxilində olub" - Baş nazir

Ötən il Azərbaycanda 781,8 milyon manatlıq hərbi məhsul istehsal edilib
