Keçinin buynuzu geyişəndə başını Azərbaycan əsgərinin avtomatına sürtər. İndi ermənilərin bizim Müzəffər Ordumuz tərəfindən kəsilmiş buynuzlarının yeri göynəyir, atılıb-düşürlər. Revanşist qüvvələr yenidən müharibə arzusundadırlar. Qoltuqlarına iki qarpız Fransa verib, bu yaxınlarda iki qarpız da ABŞ verdi. Amma qoltuqda dörd qarpız saxlamaq olmaz. ABŞ-la bağladıqları müqaviləyə görə havalanıblar.
Vaxtilə Gürcüstan da ABŞ-la belə bir müqavilə bağlamışdı və Rusiyaya kəllə atdı. Nəticədə Cənubi Osetiyanı və Abxaziyanı itirdi, rus qoşunları da Tiflisin 30 kilometrliyinə gəldi. ABŞ da iki-üç dənə mənasız bəyanat verməklə kifayətləndi.
İndi g..-baş atan Ermənistan da belə getsə Zəngəzuru itirə billər, uzaqbaşı bir-iki bəyanat ABŞ verəcək, Makron da arvadını qucaqlayıb ağlayacaq.
Paşinyan da bu məğlubiyyəti Sərkisyanın, Köçəryanın, Balasanyanın üstünə atacaq və onları tutub basacaq qoduqluğa.
Düzdür, Ermənistanı havalandıran Fransadan, Hindistandan aldıqları silahlardır. Amma bir şeyi unudurlar.
Şah İsmayıl Sultan Səlimlə vuruşanda topa öz qılıncıyla bir zərbə endirir, qılınc yarıyadək topa işləyir.
Müharibədən sonra Sultan Səlim həmin qılıncı Şah İsmayıldan istəyir. Şah İsmayıl qılıncı göndərir, Sultan Səlim də qılıncla topa zərbə endirir, amma qılınc topa işləmir.
Sultan Səlim Şah İsmayıla yazır: «Sən həmin qılıncı göndərməmisən, çünki topa vurdum kəsmədi».
Şah İsmayıl da cavab məktubu yazır: «Qılınc həmin qılıncdı, vuran bilək o deyil».
İndi nə qədər silah alırsız-alın. Paşinyan etiraf eləmişdi ki, müharibədə on mindən çox fərari olub, amma Azərbaycanda bir nəfər də fərari yox idi, gənclər könüllü şəkildə gedirdilər döyüşə, şəhid olmağı da şərəf sayırdılar.
Ürək başqa şeydir, erməni əsgərlərində ürək bizim Müzəffər əsgərlərimizin ürəyi deyil.
Paşinyanın biləyi də İlham Əliyevin biləyi deyil.
Və Şah İsmayılın nəslindən olan İlham Əliyevin əlindəki qılınc da Həzrət Əli qılıncıdır.
Yazarın digər yazarlar
RƏMİŞ - (Povest) - Aqil ABBAS yazır
MİLÇƏK BİR ŞEY DEYİL, AMMA ERMƏNİ KİMİ KÖNÜL BULANDIRIR - Aqil ABBAS yazır
BİRLƏŞMİŞ MİLLƏTLƏR ÇAYXANASI… - Aqil ABBAS yazır
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XI (DAVAMI)


Bakı -°C
