Azadlığa çıxan "qanuni oğru" xəstəxanaya yerləşdirildi
Azadlığa çıxan Rusiyanın bir nömrəli "qanuni oğrusu" hesab edilən Zaxari Kalaşov (Şakro Molodoy) xəstəxanaya yerləşdirilib.
Adalet.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Tengiz Papaskua məlumat yayıb.
"Onun azadlığa buraxılmasının nə fərqi var? O, artıq xəstəxanadadır”, - Papaskua bildirib.
Martın 13-də məlum olub ki, Krasnodar diyarının Ust-Labinsk məhkəməsi 70 yaşlı Zaxari Kalaşovun azadlığa buraxılması barədə qərar qəbul edib.
2018-ci ildə Şakro Molodoy Moskvanın Roçdelskaya küçəsində yerləşən “Elements” restoranının sahibini hədə-qorxu ilə tələb etdiyinə görə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Şakro cəzasını Krasnodar diyarında ciddi rejimli koloniyada çəkib.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49


Bakı -°C

