AZAL təyyarəsinin vurulmasına görə kompensasiya yaxın zamanda ödəniləcək
"Artıq Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində qəzada həyatını itirmiş Azərbaycan vətəndaşlarının vərəsələrinə Rusiya tərəfindən kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə olunub".
Adalet.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AZTV) müsahibəsində 2024-cü ilin dekabrında AZAL təyyarəsinin vurulması ilə bağlı suala cavab verərkən deyib.
Samir Rzayev əlavə edib ki, əldə olunan razılaşmaya əsasən, qəza nəticəsində AZAL-a dəymiş zərər də Rusiya hökuməti tərəfindən kompensasiya ediləcək:
"Ümumilikdə ayrılan vəsaitin Rusiya tərəfindən Azərbaycan tərəfinə köçürülməsi yaxın zamanda planlaşdırılır. Daha sonra isə bizim üzərimizə qalan bu vəsaiti vəfat etmiş şəxslərin vərəsələrinə ödənilməsidir".
Digər Xəbərlər
22 May 2026 17:52
Hikmət Hacıyev jurnalistlərə təşəkkür etdi
22 May 2026 17:44
WUF13 Bakıda bayraq endirmə mərasimi ilə başa çatıb - VİDEO
22 May 2026 17:13
Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürdü
22 May 2026 11:20
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
22 May 2026 11:03
Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü
22 May 2026 10:50
WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir
22 May 2026 10:46
Tbilisi marşrutu üzrə nə qədər bilet satılıb?
22 May 2026 10:39


Bakı -°C

