adalet.az header logo
  • Bakı -°C
23 May 2026 17:45
80
DÜNYA
A- A+

Luqanskda kollecə dron zərbəsi: 16 nəfər ölüb

Ukrayna ordusunun Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yataqxananın dağıntıları altından daha dörd nəfərin meyiti çıxarılıb, 42 nəfər yaralanıb.

Dağıntılar altında 5 nəfərin qaldığı bildirilir.