Asim Munir Tehranda Pezeşkianla görüşdü
Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir Tehrana rəsmi səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşlər keçirib.
Adalet.az “Fars”a istinadla xəbər verir ki, baş tutan danışıqlarda əsas məqsəd İranla ABŞ arasında kompromisin tapılması istiqamətində Pakistanın vasitəçilik missiyasını irəliyə aparmaq olub.
Feldmarşal Asim Munir əvvəlcə Prezident Məsud Pezeşkian, daha sonra isə İranın ABŞ ilə danışıqlar üzrə rəhbəri olan parlament sədri Məhəmməd Baqer Qalibafla masaya əyləşərək sülh prosesinin detallarını müzakirə edib.
Qeyd olunub ki, ordu komandanının İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirdiyi görüşdə isə regionda gərginliyin artmasının qarşısını almaq, İrana qarşı müharibə təhlükəsinə son qoymaq, eləcə də Qərbi Asiyada sülh, sabitlik və təhlükəsizliyin yenidən bərqərar edilməsi yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
23 May 2026 16:26
“Xalq “get” desə, mən kiməm ki, getməyim?” - Paşinyan
23 May 2026 15:34
Hörmüz boğazından 25 gəmi keçib
23 May 2026 11:45
Çində mədəndə partlayış: 90 nəfər öldü - YENİLƏNİB
23 May 2026 08:48
İran parlamenti Trampa qarşı sui-qəsdə görə mükafat təyin edəcək
23 May 2026 08:20
Tramp İrana qarşı sonuncu əməliyyata hazırlaşır
23 May 2026 08:18
Bloomberg: Rusiya müharibəni 2026-cı ilin sonuna qədər başa çatdırmaq istəyir
23 May 2026 07:57
Bəqai: ABŞ və İran müharibənin dayandırılması üzrə razılaşmaya yaxınlaşmayıb
22 May 2026 09:47


Bakı -°C

