adalet.az header logo
  • Bakı -°C
23 May 2026 11:45
68
DÜNYA
A- A+

Çində mədəndə partlayış: 90 nəfər öldü - YENİLƏNİB

Çində kömür mədənində partlayışda ölənlərin sayı 90-a çatıb.

Adalet.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Dağıntılıar altında qalanların olduğu bildirilir.

***09:44

Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.

Adalet.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilib ki, 9 nəfər hələ də itkin hesab olunur, 123 nəfər xəstəxanaya yerləşdirilib.

Xilasetmə və axtarış işlərinə 755 nəfər cəlb olunub.

***09:38

Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib.

Adalet.az xəbər verir ki, hazırda hadisə yerində axtarış işləri davam edir.

Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib.  

 

***08:42

Çinin şimalında yerləşən Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı faciəyə səbəb olub.

Adalet.az xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həyatını itirib, 38 işçi isə dağıntılar altında qalıb.

Məlumata görə, partlayış zamanı mədəndə ümumilikdə 247 nəfər çalışırmış. Qəzanın baş verdiyi hissədə çalışan işçilərdən 201-i xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Hazırda dağıntılar altında qalan işçilərin xilas edilməsi üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Hadisənin səbəbləri araşdırılır.