adalet.az header logo
  • Bakı -°C
26 Yanvar 2026 09:14
47
SİYASƏT
A- A+

Azər Məmmədov: “Cənubi Qafqaz regionunun gələcək inkişaf modeli artıq rəsmi Bakının müəyyən etdiyi reallıqlar üzərində qurulur”

2026-cı ilin yanvar ayında keçirilmiş Davos Dünya İqtisadi Forumunda qəbul edilən qərarların və əldə olunan nəticələrin bütün Cənubi Qafqazın gələcək inkişaf strategiyasının istiqamətləndirilməsinə təsiri baxımından əhəmiyyətini aia.az saytının baş redaktoru Azər Məmmədov şərh edib.

İlk növbədə media təmsilçisi öz şərhində qeyd edir ki, Prezident İlham Əliyevin Davos Forumundakı builki iştirakı Azərbaycanın qlobal siyasi arenadakı çəkisini və strateji manevr imkanlarını nümayiş etdirən tarixi bir hadisə kimi yadda qaldı. Baş redaktorun rəyinə görə, bu səfər sadəcə iqtisadi müzakirələr platforması deyil, həm də ölkəmizin yeni dünya nizamında həlledici aktorlardan biri olduğunu təsdiqləyən diplomatik zəfər mərhələsi idi: “Forum çərçivəsində cənab Prezidentin nümayiş etdirdiyi qətiyyətli mövqe Azərbaycanın həm regional liderliyini, həm də qlobal miqyasda etibarlı tərəfdaş statusunu bir daha möhkəmləndirdi. Səfərin ən mühüm diplomatik uğuru, şübhəsiz ki, yanvarın 22-də imzalanan “Sülh Şurasının Nizamnaməsi” oldu. Bu tarixi sənəd Cənubi Qafqazda uzunmüddətli sabitliyin hüquqi və siyasi fundamentini qoymaqla yanaşı, Azərbaycanın sülh gündəliyinin beynəlxalq birlik tərəfindən tam dəstəkləndiyini göstərdi. ABŞ-ın və digər qlobal güclərin vasitəçiliyi ilə əldə olunan bu irəliləyiş, cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən xarici siyasətin və milli maraqlara söykənən prinsipiallığın məntiqi nəticəsidir. Belə bir sənədin məhz Davos kimi nüfuzlu bir platformada imzalanması, regionun gələcək inkişaf modelinin artıq rəsmi Bakının müəyyən etdiyi reallıqlar üzərində qurulduğunu bəyan etdi.”

Həmçinin Azər Məmmədov öz şərhində Prezidentt İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibənin Azərbaycanın dövlət fəlsəfəsini və gələcək hədəflərini dünya auditoriyasına çatdıran mükəmməl bir manifest rolunu oynadığını diqqət mərkəzinə çəkib: “Dövlət başçısı müsahibə zamanı beynəlxalq münasibətlərin yeni konyukturasına toxunaraq xüsusi olaraq vurğuladı: “Azərbaycan həmişə beynəlxalq hüququn tərəfdarı olub və biz sübut etdik ki, ədalət sadəcə bəyanatlarda deyil, real əməllərdə bərpa olunmalıdır. Bizim siyasətimiz müstəqildir və yalnız Azərbaycan xalqının maraqlarına, həmçinin bölgədə davamlı sülhün və əməkdaşlığın təmin edilməsinə xidmət edir.” Sözsüz ki, bu çıxış ölkəmizin təkcə enerji resursları ilə deyil, həm də siyasi intellekti və strateji baxışı ilə qlobal proseslərə yön verdiyini sübuta yetirdi. İqtisadi müstəvidə isə Davos görüşləri Azərbaycanın rəqəmsal transformasiya, yaşıl enerji və Orta Dəhliz layihəsi üzrə strateji hədəflərinə yeni impuls verdi. Dünyanın ən iri investisiya fondları və texnoloji nəhəngləri ilə aparılan danışıqlar ölkəmizə olan beynəlxalq inamın göstəricisidir. Bütün bu nailiyyətlər vahid bir həqiqəti üzə çıxarır: Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün həm iqtisadi qüdrətini artırır, həm də mürəkkəb geosiyasi şəraitdə öz maraqlarını ən yüksək səviyyədə qorumağı bacarır. Davos-2026 sammiti ölkəmizin inkişaf tarixinin ən parlaq səhifələrindən biri kimi, gələcək yüksəlişimiz üçün möhkəm zəmin yaratdı.”