Azərbaycan 2014-cü ildən bəri bərpa olunan enerji ehtiyatlarını 567 meqavat artırıb
Azərbaycan 2014-2023-cü illər ərzində bərpa olunan enerji ehtiyatlarını 567 meqavat artıraraq 1 min 688 meqavata çatdırıb.
Adalet.az xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2024-cü il üzrə hesabatında qeyd olunub.
Hesabata görə, 2023-cü ildə Azərbaycanda hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1 302 meqavata çatıb. Hesabat dövründə külək enerjisinin gücü 2014-cü ildəki 3 meqavatdan 2023-cü ildə 67 meqavata, günəş enerjisi - 2 meqavatdan 282 meqavata yüksəlib.
Qalanları bərk bioyanacaq, bərpa olunan tullantılar, bioqazla işləyən güclərdən gəlir.
Azərbaycanın enerji sistemində bərpa olunan enerji mənbələrinin (o cümlədən su elektrik stansiyaları -red.) payı 2014-cü ildəki 15,2 %-dən 2023-cü ilin sonuna 20,3 %-ə yüksəlib.
Digər Xəbərlər
21 Mart 2026 12:48
“Əmək haqqı sisteminin təkmilləşdirilməsinin bir neçə səbəbləri var”
21 Mart 2026 00:16
İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır
20 Mart 2026 12:05
Son əmək haqqı artımları kimlərə şamil ediləcək?
20 Mart 2026 09:43


Bakı -°C

