"Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır" - Şimali Makedoniya Prezidenti

Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır.
Adalet.az xəbər verir ki, bu sözləri Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
“Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Düşünürəm ki, həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır”, - deyə Prezident vurğulayıb.
Digər Xəbərlər

İlham Əliyev Qordana Silyanovska-Davkovanı belə qarşıladı - VİDEO

Cinayətlərə haqq qazandıran cəhdləri qınayırıq - BƏYANAT

Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTOLAR

Prezidentdən Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlı FƏRMAN

"Dövlət qurumları sıx təmasda olmalıdırlar" - Prezident

"Avropa Azərbaycan qazına ehtiyac duyur" - İlham Əliyev

Liderlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
