Ukrayna atəşi dayandırır, bəs Rusiya? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
156 | 2025-03-12 09:34

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Ukrayna ABŞ-ın atəşi dayandırmaq təklifiylə razılaşıb. "Bu gün biz təklif etdik, Ukrayna münaqişəyə son qoyulması naminə, uzun müddətli, dayanıqlı və onların maraqlarına, təhlükəsizliyinə, millət kimi inkişaf etmələrinə  cavab verən, atəşin dayandırılması ilə  bağlı razılaşma bağlamağa və tez bir zamanda  danışıqlara başlamağa  hazır olduğunu bildirdi"-deyə Dövlət katibi bildirib.

 Ukrayna prezidenti Volodimir Zelenski, danışıqları şəhr edərək bildirib ki, "Bu görüşdə bizim üç təklifimiz var idi. Səmada sakitlik- raketlər, mərmilər, uzaq məsafəli dronlar, dənizdə sakitlik və bütün vəziyyətlər üzrə inamın təmin olunması. Diplomatiya davam edir, ən əsası əsirlər azad edilir. Amerika tərəfi bizim arqumentləri başa düşür, bizim təkliflərimizi anlayışla qarşılayır.  Mən, bizim komandalarımızın konstruktiv danışıqlar aparması üçün şərait yaradan prezident Trampa təşəkkür etmək istəyirəm... Biz bu addımı atmağa hazırıq. Birləşmiş Ştatlar Rusiyanı da belə bir addım atmağa əmin etməlidir. Əgər ruslar razılaşarlarsa, həmin andan sakitlik hökm sürəcək".

 Bax əsl problem elə bu "əgər"dədir. Düşünürük ki, Rusiya prezidenti Vladimir Putin, çətin ki, ona sərf etməyən şərtlərlə razılaşsın. Çox güman ki, Rusiya tərəfi özünü elə aparacaq ki, guya prinsipcə atəşin dayandırılmasına və danışıqlara başlanmasına Moskva da hazırdır, lakin çix güman ki,  yenə də legitim saymadıqları  "Zelenskiylə danışıqlar masasna oturmayacağını" bəhanə edərək, atəşin dayandırılmasından imtina  edəcək.

 Hər bir halda, yəqin ki, bu gün və ya sabah  bütün məsələlərə aydınlıq gətiriləcək. Ukraynanın birinci mərhələdə 30 günlük atəşkəsin elan edilməsinə razılq verdikdən sonra, Donald Tramp tez bir zamanda Rusiya tərəfi ilə görüşəcəyini bəyan edib. 

 Dövlət katibi Marko Rubio da, atəşin dayandırılması təklifinə Rusiya tərəfinin də, tezliklə "hə" deyəcəyinə ümid edir. 

 Ümid etmək yaxşı şeydir, təki olsun. Amma bəzən "ümidi əkirsən" bitmir. Xüsusiylə də, qarşı tərəfdə,  imperiyanın bərpası  iddiaları ilə  yaşayan Rusiyadırsa...

 Rusiya-Ukrayna münaqişəsiylə bağlı yüzlərlə fikir səsləndirilir, yüzlərlə proqnozlar verilir. Təbii ki, verilən proqnozların, söylənilən fikirlərin hər biri diqqətə layiqdir. Vəziyyət o qədər sürətlə inkişaf edir ki...

 Ukraynada isə, hələlik müharibə şiddətlə davam edir. Qarşılıqlı hava hücumları, raket, artekeriya, dron zərbələri. Şəhərlər, kəndlər dağlır, yüzlərlə insan hegemon dövlətlərin maraqlarına qurban gedir...

 
P.S. Bu arada ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini yenidən Ağ Evə dəvət etdiyini bəyan edib.

 

  • Mart:
  • 7

TƏQVİM / ARXİV