Azərbaycan boksçuları AÇ-də 5 medal qazandılar

Azərbaycan boksçuları Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatını 5 medalla başa vurublar.
Adalet.az xəbər verir ki, Bilalhəbaşi Nəzərov qızıl medal qazanıb.
50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlandonu 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.
Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Qeyd edək ki, daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) üçüncü yeri tutublar.
Digər Xəbərlər

“Meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq” - Bəhlul Mustafazadə

Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir - Ayxan Abbasov

Aqil Abbasın "Qarabağ"ı - Murad Köhnəqala yazır
