Bizi Fransaya qarşı çox önəmli və gərgin oyun gözləyir - Ayxan Abbasov
“Bizi çox önəmli və gərgin oyun gözləyir”.
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransa ilə keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, rəqib son illərin ən güclü komandasıdır: “Fransa yığmasında ulduz futbolçular çıxış edir. Amma biz də görüşə ciddi hazırlaşmışıq. Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqibin sabah azarkeş dəstəyi də olacaq. Buna baxmayaraq, oyunçularımız bütün güclərini ortaya qoyacaqlar. Belə böyük komandalara qarşı oynamaq özü böyük motivasiyadır. İlk gündən futbolçularımızın məşqə həvəslə yanaşması yaxşı haldır. Gələcəkdə nələrsə qazanmaq üçün uşaqlar bu cür matçlarda özlərini göstərməlidirlər. Futbolda hər şey mümkündür. Oyunçularımdan istəyim odur ki, nə olur-olsun, meydanda təslim olmasınlar və rəqibdən çəkinməsinlər. Belə böyük oyunlar biz məşqçilər üçün də gözəl şansdır. Məşqçi heyəti olaraq futbolçularımızı oyuna yaxşı hazırlamaq üçün əlimizdən gələni etdik”.
Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Digər Xəbərlər
08 Noyabr 2025 13:07
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başladı
07 Noyabr 2025 10:06
Avropa Liqası: "Fənərbağça" heç-heçə etdi
06 Noyabr 2025 15:00
Qurban Qurbanov bu göstəricidə təkdir
06 Noyabr 2025 14:49
"Qarabağ"da ciddi itki - Kadi 2 ay oynamayacaq
06 Noyabr 2025 13:39
Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edildi
06 Noyabr 2025 13:17
“Qarabağ”ın avrokuboklar statistikası - 200 oyuna 250 qol
06 Noyabr 2025 12:05
"Neftçi" klubu 2500 manat cərimələndi
06 Noyabr 2025 10:01


Bakı -°C

