Azərbaycan Britaniya ilə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib

Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O bildirib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.
“Görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, “yaşıl enerji” üzrə interkonnektor layihələri, hidrogen strategiyası, həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.
Digər Xəbərlər

Türkiyə səfiri: Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb

"Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli əməkdaşlığı təşviq edir" - Deputat

"Sülhün bərqərar edilməsində həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir" - Deputat

İlham Əliyev Çavuşoğluya başsağlığı verdi

Xarici dipıomatlar Qarabağ Universitetində - YENİLƏNİB

“Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir” - Kamaləddin Qafarov

Hikmət Hacıyev: Şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət yerini tapacaq
