Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur.
Adalet.az xəbər verir ki, bununla bağlı "Quru limanlar haqqında Hökumətlərarası Sazişə qoşulmaq barədə” qanun layihəsi Milli Məclisə təqdim olunub.
Qanun layihəsi parlamentin komitə iclaslarında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
Qeyd edək ki, Saziş 2013-cü il noyabrın 7-də Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) iclasında imzalanıb. Sazişdə quru limanların milli proqramlar çərçivəsində və milli qanun və qaydalara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Burada, habelə, Sazişin imzalanması, ratifikasiyası, qəbuletmə, təsdiqetmə və qoşulma, sənədin qüvvəyə minməsi kimi məsələlər tənzimlənir.
Eyni zamanda, Sazişin icrası ilə bağlı məsələlərə və təklif olunan düzəlişlərə baxılması üçün quru limanlar üzrə işçi qrupun yaradılması, əsas mətnə və əlavələrə düzəlişlərin edilməsi proseduru, sazişdən çıxma, sazişin qüvvəsinin dayandırılması, mübahisələrin həlli və digər məqamlarla bağlı bəndlər öz əksini tapıb.
Digər Xəbərlər

Leyla və Arzu Əliyeva ICESCO-nun regional ofisinin açılışını etdilər - FOTOLAR

AQTA ilə Səudiyyə Ərəbistanının bu nazirliyi arasında memorandum imzalanıb

Naxçıvanda içməli su təminatı ilə bağlı icraçı qurumların yerləri dəyişdirilib

Rövşən Rzayev kollegiya iclası keçirdi - Tapşırıqlar verdi

“Azərsun Holdinq” mükafata layiq görüldü
jpg-1745923543.jpg)
Bu savaş Ermənistanın silahlanmasına təsir edə bilər - PROQNOZ
jpg-1745917342.jpg)
Aİ üzvləri separatçıları həvəsləndirdi: Yeni "Evcik-evcik" oyunu
