«AZƏRBAYCAN GƏNCLƏRİ» QƏZETİNİ DƏ OXUYA BİLİRMİ?
Bu gün Beynəlxalq Ana dili günüdür. Çox xoş, yaxşı ki, şair və yazıçılarımız ana dilimizi ölməyə qoymayıblar, gətirib bu günə çıxarıblar.
Nədənsə yadıma 70-ci illərdə Bəxtiyar Vahabzadənin səhnəyə qoyulmuş bir tamaşası yadıma düşdü, gərək ki, adı «Yağışdan sonra» idi.
Orda bir imkanlı adam forsla tərəf müqabilinə deyir:
- Mənim qızım ingiliscə Morninq star oxuyur.
Qarşısındakı adam isə belə cavab verir:
- Azərbaycan gəncləri qəzetini də oxuya bilirmi?
İndi bizdə də təxminən belədi. Az qala ingilis dilini ana dili eləmişik.