adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Fevral 2023 22:47
668
İDMAN

Azərbaycan güləşçisi qızıl medal qazandı - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open"də qızıl medal qazanıb.

Adalet.az xəbər verir ki,  57 kq-da çıxış edən idmançı finalda yaponiyalı Yuto Nişuçi ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

xxx

Azərbaycanın sərbəst güləşçiləri Əliabbas Rzazadə və Hacı Əliyev Xorvatiyada start götürən "Zaqreb Open"də finala yüksəlib.

Adalet.az xəbər verir ki, 57 kq-da mübarizə aparan Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Onun finaldakı rəqibi yaponiyalı Yuto Nişuçi olacaq.

70-da çıxış edən Əliyev isə 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib. O, həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkəcək.