Azərbaycan İlahiyyat İnstitutuna 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub.
Aİİ-yə ödənişsiz əsaslarla həyata keçirilən qəbulda Dinşünaslıq ixtisası üzrə 36, İslamşünaslıq ixtisası üzrə 36 nəfər olmaqla, ümumilikdə, 72 abituriyentin qəbulu baş tutub. 2020/2021-ci tədris ili üzrə Dinşünaslıq ixtisasına minimum keçid balı 305, İslamşünaslığa isə 218 olub.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olan abituriyentlərin qeydiyyatı 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək elektron qaydada aparılacaq. Qeyd olunan sənədlər (https://bit.ly/3cserb9) skan olunaraq elektronlaşdırılmalı və [email protected] elekton poçt ünvanına göndərilməlidir.
Məlumat üçün bildiririk ki, 2020/2021-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna qəbul olub, amma qeydiyyatdan keçməyən abituriyentlər ixtisasları üzrə təhsil almaqdan imtina etmiş sayılırlar.
Nəzərə çatdırırıq ki, Azərbaycan İlahiyyat İnstitutu 2020/2021-ci tədris ili üzrə tələbə qəbulunu həyata keçirib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə – Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə aparılıb.
Əlavə suallarla bağlı aşağıdakı nömrələrlə (şənbə, bazar günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək) əlaqə saxlamaq mümkündür: (012) 510 65 45; 510 39 61 və (077) 457 77 32.
Digər Xəbərlər

Elm və Təhsil Nazirliyinə 71 938 vətəndaş müraciəti daxil olub

1071 abituriyent jurnalist olmaq üçün qabiliyyət imtahanı verəcək

MİQ üzrə vakansiya seçiminin başlanacağı tarix məlum oldu
