Azərbaycan-İran sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı
Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib.
“Məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib”, - məlumatda qeyd olunub.
Digər Xəbərlər
05 Mart 2026 20:30
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
05 Mart 2026 20:16
İran vətəndaşları üçün Azərbaycandan keçən marşrut müvəqqəti BAĞLANDI
05 Mart 2026 17:45
İran Azərbaycan sərhədinə silah daşıyırmış
05 Mart 2026 17:04
Dərs vaxtı məktəb binası hədəfə alınıbmış - MN-dən növbəti açıqlama
05 Mart 2026 15:08
"Etirazlara başlayacağıq" - Təbrizli gənclərdən İranın Azərbaycana hücumu ilə bağlı bəyanat
05 Mart 2026 13:33
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
05 Mart 2026 13:27
"İranın hücum aktları cavabsız qalmayacaq" - Müdafiə Nazirliyi
05 Mart 2026 12:08


Bakı -°C

