Azərbaycan İsveçrəyə başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib.
Adalet.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabından paylaşım edilib:
"Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu.
Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk.
Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq".
Xatırladaq ki, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində "Le Constellation" adlı ikimərtəbəli barda partlayış baş verib. Yanğın nəticəsində təxminən 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.
Digər Xəbərlər
26 Yanvar 2026 11:51
İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik etdi
26 Yanvar 2026 10:56
Vaşinqton bölgəyə hava hücumundan müdafiə sistemləri yerləşdirir – Hərbi ekspert
26 Yanvar 2026 10:55
İlham Əliyev Gideon Saarı qəbul etdi - FOTOLAR
26 Yanvar 2026 10:52
Gələn həftə Milli Məclisin yaz sessiyası başlayır
26 Yanvar 2026 10:25
Sahibə Qafarova Bəhreyn kralı ilə görüşüb
26 Yanvar 2026 10:07
ABŞ-nin İrana hücumu rejimi dəyişəcək - Politoloq
26 Yanvar 2026 09:14
Azər Məmmədov: “Cənubi Qafqaz regionunun gələcək inkişaf modeli artıq rəsmi Bakının müəyyən etdiyi reallıqlar üzərində qurulur”
25 Yanvar 2026 19:33


Bakı -°C

