19 May 2025 17:18
169
İDMAN

Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb

Yoldaşlıq oyununda çərçivəsində keçiriləcək Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb.

Adalet.az xəbər verir ki, biletlər azarkeşlər üçün üç qiymətə təklif olunur.

1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər 10 manata satışa çıxıb.

Qarşılaşmanı izləmək istəyənlər biletləri  iTicket.az satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, “Liv Bona Dea Arena”dakı görüş iyunun 10-da, saat 20:00-da başlayacaq.