19 May 2025 19:36
106
ŞOU-BİZNES

Rusiyalı komediya aktyoru SAXLANILDI

Rusiyalı komediya aktyoru Nurlan Saburov Moskvanın Şeremetyevo hava limanında saxlanılıb.

Adalet.az axsam-a istinadən xəbər verir ki, sənətçinin ölkədən deportasiya ediləcəyi ehtimalı var.

Məlumata görə, Saburov günorta saatlarında saxlanılıb. Ona qarşı irəli sürülən ittiham miqrasiya qeydiyyatı müddətinin pozulması ilə bağlıdır.

Sənətçiyə cərimə tətbiq oluna bilər, lakin bu maddə üzrə maksimal cəza ölkəyə beş il müddətinə giriş qadağasıdır.