"Avroviziya-2025"in finalına keçən növbəti 10 ölkə -VİDEO + YENİLƏNİB

İsveçrənin Bazel şəhərində "Avroviziya - 2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilir.
Adalet.az xəbər verir ki, Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta, Yunanıstan şənbə günü baş tutacaq final mərhələsinə adlayıblar.
*** 23:22
İsveçrənin Bazel şəhərində "Avroviziya - 2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilir.
Adalet.az xəbər verir ki, ikinci yarımfinalda Avstraliya, Monteneqro, İrlandiya, Latviya, Ermənistan, Avstriya, Yunanıstan, Litva, Malta, Gürcüstan, Danimarka, Çexiya, Lüksemburq, İsrail, Serbiya, Finlandiya mübarizə aparacaqlar.
Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.
Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunub və ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb. İlk yarımfınalı Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri adlayıblar.
Digər Xəbərlər

Rusiya Hüseyn Həsənovu axtarışa verdi

Mehin Hümbətovanın geyimi müzakirəyə səbəb oldu

Əməkdar artist: “Xəstə olmuşam, efirə baxa bilmirəm”

Mənim ərimin səhvi mil kimi düppədüzdür - VİDEO

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

Azərbaycan “Avroviziya 2025”in finalına keçə bilmədi - VİDEO + YENİLƏNİB

Sərxan Kərəmoğlu Asif Kərimovdan üzr istədi
